Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur.

Unikal.org xəbər verir ki, bayram münasibətilə martın 16-da  Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər il olduğu kimi  imkansız və  aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ və Çernobıl əlillərinə ümumilikdə 500 ailə olmaqla ərzaq bağlaması paylanıb: 

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmişə məcburi köçkünlərə diqqət və qayğı ilə yanaşıb, bu da hər zaman məcburi köçkünlərin hədsiz sevincinə səbəb olub.

Biz məcburi köçkünlər inanırıq ki,  möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq".