İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar vətənə qayıtmaq istəyi ilə səfirliyə müraciət etmiş Azərbaycan vətəndaşları Roma şəhərindən Bakıya yola düşüblər.
Unikal.org xəbər verir ki, Roma şəhərinin Fiumicino hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa çarter reysinin həyata keçirilməsi nəzərdə tutulub.
Vətənə qayıdanların əksəriyyəti İtaliyada təhsil alan azərbaycanlı tələbələrdir.