AZAL martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

Unikal.org xəbər verir ki, bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirilib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib. Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcəkdir.

***

İtaliyadan gələn tələbələr karantinə götürülüb

Tələbələr də virusdan qorunmaq üçün elə bizi kimi xüsusi geyimdə idilər.

Romadan Bakıya uzun sürən səfərin yorğunluğunun simalarına yansımasına baxmayaraq həmvətənlərimiz onlara göstərilən diqqətdən xeyli razı idilər.

Təyyarədən edikdən sonra tələbələr onlar üçün ayrılmış avtobuslarla hava limanının gözləmə zalına aparıldılar. Burada sənədlərin yoxlanması ilə yanaşı həm də onların qoruyucu vasitələrlə təmin edilməsi həyata keçirilib.