Dünyada koronavirus daşıyıcılarının sayı 200min 99 nəfərə çatdığı açıqlanıb. 

Unikal.org xəbər verir ki, dünyada ən çox yoluxma hadisəsi Çin (80 894), İtaliya (31 506), İran (16 169) və İspaniyada (11 826) qeydə alınıb.

Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan Koronavirus infeksiyasından indiyədək ölənlərin sayı 8 010 nəfərdir. Sağalanların sayı isə 82 813 nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.