Millət vəkili Tamam Cəfərova vətəndaşlara müraciət edib.

Unikal.org xəbər verir ki, deputat bildirib ki, martın 24-də baş tutması planlaşdırılan görüş təxirə düşüb. "

"Məlum səbəbdən görüşü təxirə salamalı olduq. Mart ayının 17-də Nazirlər Kabineti yanında Operativ Qərargah mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsusi rejimdə iş normalarına dair təlimatlar qəbul edib. Təlimata əsasən vətəndaşların qəbulu təxirə salınıb. Vətəndaş müraciətləri əsasən elektron formada qəbul ediləcək. Bu müddət ərzində mən də sizinlə “online” şəkildə əlaqə saxlayacam, problemlərinizi həll etməyə çalışacam. Müraciətləriniz elektron qaydada qəbul ediləcək. Siz şikayət, müraciət və təkliflərinizi "tamamjafarova.az" saytına, facebook və instagram səhifələrimə ünvanlaya bilərsiniz. Həmçinin, məktublarınızı Milli Məclisə də göndərə bilərsiniz".