Daxili İşlər Nazirliyində növbəti təyinat olub.
Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, mayor Tural Əliyev DİN-in Baş Cinayət Axtarışı İdarəsində baş əməliyyat müvəkkili vəzifəsinə gətirilib.
O, bundan əvvəl Baş İctimai Təhlükəsizlik İdarəsində inspektor vəzifəsində çalışıb.
Qeyd edək ki, Tural Əliyev DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyevin oğludur.