Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçiriləcək.

Unikal.org xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında imzaladığı sərəncamında qeyd edilib.

Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə həvalə edilib.