Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargahın apardığı mübarizə tədbirləri ilə əlaqədar Müdafiə Nazirliyi tərəfindən vətəndaşların qəbulu və qeydiyyatı müvəqqəti olaraq yalnız elektron qaydada və telefon vasitəsilə həyata keçirilməyə başlayıb.
Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müraciətlərin fasiləsiz qəbulu və baxılmasının operativliyinin təmin edilməsi məqsədilə vətəndaşların Müdafiə Nazirliyinin [email protected], [email protected] elektron poçt ünvanlarına və ya (012) 912 qaynar xətt nömrəsinə müraciət etmələri xahiş olunur.