Azərbaycanın milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.
Bu barədə Unikal.org-a “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.
"AZAL Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib. Bu təyyarə ilə Türkiyənin üç şəhəri - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər", - məlumatda bildirilir.
Xatırladaq ki, daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1 098 nəfər Azərbaycan vətəndaşı gətirilib.
Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.