Mərkəzi Seçki Komissiyasına (MSK) 2019-cu il üzrə maliyyə hesabatı verən partiyaların adları və sayı məlum olub.
Unikal.org-un xəbərinə görə, bu ilin əvvəlindən indiyədək 27 siyasi təşkilat illik maliyyə hesabatını MSK-ya təqdim edib.
Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Kommunist Partiyası, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Müasir Musavat Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Milli Vəhdət Partiyası, “Birlik” Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Təkamül Partiyası , Milli Dirçəliş Hərəkatı Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, “Qorqud” Partiyası, Vahid Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik İslahatlar Partiyası və Aydınlar Partiyasıdır.
Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.