Sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) koronavirusla bağlı peyvənd preparatı üçün xüsusi qab hazırladığı iddia olunur.

AMEA-nın Biologiya və Tibb Elmləri bölməsidan Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, bu uydurma məlumatdı:

"Azərbaycanda COVİD-19 virusu ilə bağlı vaksin hazırlanmır ki, belə bir qab lazım olsun. Bu şəkil fotomontajdır. Əhalinin bu cür məlumatlara inanmamasını xahiş edirik. AMEA dünyadakı proseslərdən kənar qalmamaq üçün bu cür viruslar üzərində araşdırma aparmasını planlaşdırır. Xaricdə təhsil alan mütəxəssislərimiz olsa da, hazırda ölkəmizdə koronavirusla bağlı bioloji araşdırma aparılmır".

Famil Fərhadoğlu