Avropa və Türkiyədən gələn daha 49 Azərbaycan vətəndaşının Gürcüstan vasitəsilə vətənə təxliyəsi təşkil olunub.
Unikal.org xəbər verir ki, hazırda Azərbaycan vətəndaşları avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə çatdırılır. Onlar Azərbaycan ərazisinə keçəndən sonra Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) təhvil veriləcək.
Qeyd edək ki, bundan öncə 170 Azərbaycan vətəndaşının Gürcüstandan keçməklə Azərbaycana təxliyəsi təmin olunub.