Azərbaycanın bir qrup neftçisi koronavirus epidemiyası ilə bağlı vətəndaşlara "Evdə qal” çağırışı ilə müraciət edib.

Unikal.org xəbər verir ki, SOCAR tərəfindən hazırlanan videoçarxda neftçilər vətəndaşlara özlərinin və ətrafdakıların sağlamlığı üçün evdə qalmağı tövsiyə ediblər.

“Biz sizlərin rahatlığı üçün bu gün iş başındayıq, siz də bizimçün, öz sağlamlığınızı qorumaq üçün evdə qalın, sağlam qalın”, - çağırışda deyilir.