ABŞ-ın Harvard Universitetində koronavirusla bağlı aparılan daha bir araşdırmanın nəticələri açıqlanıb.
Unikal.org xəbər verir ki, hava kirliliyi olan ərazilərdə insanların koronavirusdan ölmələri ehtimalı 20 dəfə artır. Alimlər bunu hava kirliliyi olan ərazilərdə koronavirus səbəbindən daha çox ölüm halının yaşanması ilə əlaqələndiriblər.
Qeyd edək ki, elektrik stansiyaları, fabriklər, zavodlar və mühərrikli nəqliyyat vasitələrinin (eyni zamanda təyyarələrin) tullantıları və meşə yanğınları hava kirliliyini artıran amillərdir.