"Qalatasaray" yarımmüdafiəçi Joao Qomesi transfer etməyi hədəfləyir.
"Unikal" xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, klub "Vulverhempton"un futbolçusu üçün danışıqları davam etdirir. Bildirilir ki, İstanbul təmsilçisi baş məşqçi Okan Burukun siyahısında olan braziliyalı oyunçuya görə 25 milyon avro ödəməyə hazırdır.
Məlumata görə, "Qalatasaray" 25 yaşlı yarımmüdafiəçiyə illik 4,5 milyon avro maaş təklif edib və futbolçu bu variantı müsbət dəyərləndirir.
Qomeslə "Atletiko" (Madrid), "Mançester Yunayted" və "Kristal Pelas" da maraqlansa da, indiyədək ən yüksək təklifin "Qalatasaray"dan gəldiyi bildirilir.
Qeyd edək ki, Joao Qomes ötən mövsüm "Vulverhempton"un heyətində 41 rəsmi matçda iştirak edib.











.jpg)


.jpg)

.webp)



.jpg)

.jpg)
















.jpg)











