Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransı keçirilir.

Unikal.org -un xəbərinə görə, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı  bildirib ki, həkimlərin səyi nəticəsində vəziyyət nəzarət altındadır:

"Ötən iki həftə ərzində koronavirusa yoluxma sayı azalsa da, yumşalma dövründə bir az artım oldu. İki zidd tendensiya müşahidə edildi. 

Karantin rejimi martın 31-nə qədər uzadıldı və bəzi ərazilərdə də yumşaldılmasına qərarı verildi. Yoluxma hallarının yüksək olduğu 4 şəhərdə karantindən çıxma yavaş sürətlə həyata keçiriləcək. Digər ərazilərdə isə yüksək sürətlə çıxış olacaq".