"Kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsi bütün rayonlarda keçirilməsi qadağandır."
Unikal.org xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur: "Amma buna baxmayaraq Azərbaycanın bütün bölgələrində kütləvi tədbirlərin keçirilməsinə dair tərtib olunan qadağa qüvvədə qalır".