"Bildiyiniz kimi, "mall"larda ərzaq marketləri və apteklər işləyirlər. Buna baxmayaraq, karantin rejiminin yumşaldılmasının bu mərhələsində iri ticarət mərkəzlərinin və "mall"ların yenidən fəaliyyət göstərməsi nəzərdə tutulmur. Onlar üçün qadağalar əvvəlki vəziyyətdə qalır"
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.