"Çox təəssüf ki, avtobuslarda vətəndaşlar xüsusi gigiyena qaydalarına riayət etmirlər. Maskalardan və əlcəklərdən istifadə etmirlər. Eyni zamanda sosial məsafə saxlanılması qaydasına da riayət etmirlər"
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, ictimai nəqliyyatda məcburi olan qaydalarla bağlı yaxən zamanda Nazirlər Kabineti qərar qəbul edəcək.