"Koronavirusa yoluxma faktı aşkarlanmayan rayonlar var, amma qonşu rayonlarda risk davam etdiyi müddət ərzində biz həmin əraziləri sarı zona kimi qəbul edirik"
Unikal.org xəbər verir ki, bunu TƏBİB-in sədri Ramin Bayramlı brifinqdə çıxışı zamanı deyib.
"Bizim əsas məqsədimiz isə həmin rayondaki pozitiv halları təyin edərək sarı zonaların narıncıya dəyişməməsini təmin etməkdir. Əgər ətraf rayonlarda da yoluxma faktları qeydə alınmazsa, biz həmin ərazini yaşıl zona olaraq açıqlayacağıq." deyə o, əlavə edib.