"Son günlərdə tibb işçiləri arasında koronavirusa yoluxma tendensiyası müşahidə olunmur"
Unikal.org xəbər verir ki, bunu TƏBİB-in sədri Ramin Bayramlı brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, ölkə ərazisində koronavirusa yoluxan tibb işçilərinin 90%-i artıq sağalıb. Müalicə alanlar arasında isə vəziyyəti ağır olan yoxdur.