Bu gün keçirilən Milli Məclisin növbəti plenar iclası müzakirə olunan məsələlərin çoxluğu ilə seçilib.
Unikal.org xəbər verir ki, iclasın uzanması bəzi deputatlar tərəfindən birmənalı qarşılanmayıb. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, koronavirusla əlaqədar iclasın gündəliyinə çox məsələ daxil edilir. Deputat İmamverdi İsmayılov qeyd edib ki, həmkarları çıxışları qısa etsələr iclaslar daha tez bitər.
Spiker S. Qafarova isə deputatın bu fikri ilə razılaşmayıb və bütün deputatların danışmaq istəyində olduğunu vurğulayıb.
Elvin Rüstəmov