Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə" qərar qəbul edib.
Unikal.org xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq ediləcək:
- qida məhsullarının ticarəti üzrə fəaliyyət;
- ictimai-iaşə müəssisələrinin fəaliyyəti;
- turizm və hotelçilik fəaliyyəti;
- ictimai nəqliyyatın fəaliyyəti;
- vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti;
- müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti.
Baş dövlət sanitariya həkiminə “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərinə uyğun olaraq aşağıdakı metodiki göstərişləri təsdiq etmək tapşırılıb:
“Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;
- “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;
- “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;
- “Turizm və hotelçilik sektorunda koronavirus (COVID19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;
- “İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;
- “Vətəndaşların qəbulunu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;
- “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”.