Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.
Bu barədə Unikal.org -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1411 nəfər müalicə olunaraq sağalmış, 25 nəfər vəfat etmiş, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.