Rusiyada yaşayan azərbaycanlı milyader Vahid Ələkbərov Bakıdakı villasını  satışa çıxarıb.

Unikal.org xəbər verir ki, İqtisadçı Qulu İbrahimlinin özünün “feysbuk” səhifəsində həmin mülkün şəkillərini də paylaşıb:

“Neftin qiymətinin düşməsi Vahid Ələkbərovu villasını satmağa vadar etdi. Rusiyanın "LUKOYL" neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı iqamətgahını 15 milyon manata satışa çıxardı.

Görünür, neftin qiymətinin kəskin düşməsi milyarderi Bakıdakı iqamətgahının saxlanması xərcləri yükündən də azad olmağa vadar edib. Tbilisi prospekti, Avropa Oteli və Heydər Əliyev adına İdman Sarayının yaxınlığında yerləşən gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq sahəsinə və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub. Yaxşı baxılmış mevə və dekorativ ağacları olan gözəl bağı var.”