Bu ilin 4 ayında dərmandan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə 62 nəfər qəbul olunub”.
Bunu Unikal.org-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, zəhərlənənlərin 60 faizi kişi, 40 faizi qadın olub. Onun sözlərinə görə, zəhərlənənlər arasında 3 uşaq olub: "Dərmanla zəhərlənmədə ölüm olmayıb. Dərman əlavələrinin təsirindən isə 31 nəfər zəhərlənib”.