Son 5 ildə evsiz-eşiksiz qalanların sayı 40 milyona çatıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumat UNICEF-in hesabatında yer alıb.

Bildirilib ki, didərgin salınanların təqribən 19 milyonu azyaşlılardır.

Məlumatda vurğulanıb ki, 2019-cu ildə yurdsuz qalanların sayı daha 33 milyon artıb. Onlardan 12 milyonu uşaqlardır.

Hesabata görə, 33 milyon insandan 25 milyonu təbii fəlakətlər, 8 milyonu isə vətəndaş müharibəsi və daxili münaqişələr səbəbindən yurd-yuvalarından didərgin düşüb.