Diasporla İş üzrə Dövlət Komitəsində bu ilin aprel ayından başlanan “E-Akademiya” layihəsi davam edir. Xaricdə yaşayan azərbaycanlıların böyük maraqla qarşıladığı layihənin əsas məqsədi COVID-19 pandemiyası dövründə Azərbaycan diasporunun, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə videokonfransların təşkili və müvafiq müzakirələrin aparılmasıdır.
Unikal.org xəbər verir ki, bu günə qədər ABŞ, Rusiya, İsveçrə, Almaniya, Ukrayna və bəzi başqa ölkələrdə yaşayan azərbaycanlılarla, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri ilə müxtəlif mövzularda videomüzakirələr təşkil olunub.
Qeyd edək ki, layihə uğurla davam edir və videokonfranslar https://www.facebook.com/AzerbaijanDiasporaYouth/ ünvanından canlı yayımlanır.