Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarları maarifləndirmək üçün onlayn təlimləri davam etdirir.
Unikal.org xəbər verir ki, mayın 6-da, saat 16:00-da keçiriləcək növbəti videotəlimdə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) idxal modulu, moduldan istifadə qaydaları və onun üstünlükləri ilə bağlı müzakirələr aparılacaq, qida məhsullarının idxal proseduru ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılacaq.
Təlimdə iştirak etmək istəyən sahibkarlar (012) 377-00-77 (203, 222) və (051) 990-50-23 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.