Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 11-də Bakı Metropoliteni QSC-nin fəaliyyətini bərpa edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Metronun fəaliyyətinin bərpa edilməsi vəziyyətdən asılıdır. Hər şey xəstəlikdən asılıdır. Mayın 11-nə doğru tendensiyanın necə olacağı müvafiq qərar qəbul etməyə imkan verəcək”, - İ.Məmmədov vurğulayıb.