Bərdədə 28 yaşlı usta iki mərtəbəli evin damından yıxılaraq ağır xəsarət alıb.
Unikal.org APA-ya istinadənxəbər verir ki, hadisə rayonun Dəymədağıldı kəndində baş verib.
Kənd sakini Əsədov Pərvin Mübariz oğlu kənd ərazisində təmir etdiyi evin dam örtüyündən yıxılaraq ağır kəllə-beyin travması alıb. Ona Bərdə Mərkəzi Rayon Xəstəxanasında ilkin yardım göstərilib. Vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.