Millət vəkili Fazil Mustafa Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olub.

Unikal.org xəbər verir ki, F.Mustafa korrupsioner məmurlardan danışıb. Millət vəkili bu cür şəxsləri xəstə adlandırıb:
"Bunlar manyakdırlar, xəstədirlər, bunlar pul yığmaqdan, ceyran əti yeməkdən zövq alırlar. Vaxtilə Sovet dövründə imkanlı adam ceyranının dişini çəkdirib, ona qızıl diş qoydurmuşdu. Bugünkü məmurlar isə 10 qızıl diş qoydurub".

Verilişi izləmək istəyənlər 22 may, saat 22:00-da Space Televiziyasını izləyə bilərlər.