Səfər Əbiyevin adı Gülhanə Hərbi Tibb Akademiyası ilə qalmaqalda
03:23 31-03-2012
CƏMİYYƏT
Səfər Əbiyevin adı Gülhanə Hərbi Tibb Akademiyası ilə qalmaqalda
Müdafiə Nazirliyimiz Türkiyədəki Azərbaycan zabitlərini maliyyələşdirməkdən imtina edib?
Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqavilənin şərtləri pozulub. Müqavilənin Azərbaycan ordusunun rəhbərliyi tərəfindən pozulduğu iddia olunur. Bu səbəbdən Azərbaycan tərəfinin Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında təhsil almaq üçün göndərdiyi 50 tələbənin taleyi sual altına düşüb. Bu barədə Türkiyədəki hərbi mənbələrdən milaz.info portalına olaraq bildirilib.
Məlumatda bildirilir ki, iki ölkə arasında imzalanmış müqaviləyə görə, Azərbaycan Müdafiə Nazirliyi 2012-2013-cü illər ərzində iki illik təhsil almaq üçün Gülhanə Hərbi Tibb Akademiyasına 50 tələbə göndərməlidir. Tələbələrin təhsil xərcləri Azərbaycan tərəfindən ödəniləcəyi müqavilədə nəzərdə tutulur. Tələbələr 1-ci kursda hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər.
Beləliklə, müqavilənin müddəalarına uyğun olaraq ötən ilin sonlarından etibarən Azərbaycan tərəfi ilkin olaraq 26 tələbəni Türkiyəyə göndərib. Üstündən 3 aydan artıq keçməsinə baxmayaraq rəsmi Bakı onların təhsilinə, yaşayışına heç bir maliyyə ayırmayıb. Verilən məlumata görə, hazırda Azərbaycanlı tələbələr çox ağır durumda yaşayırlar. Tələbələr normal yaşayış yeri tapmaqda çətinlik çəkirlər, 3-4 tələbə kiçik otaqda qalmağa məcburdur. Vəziyyət hətta o yerə çatıb ki, Gülhanədəki Türkiyəli hərbi həkimlər onlara maddi yardım göstəriblər, onlar üçün öz evlərindən isti yeməklər gətiriblər. Tələbələrin təhsili üçün lazım olan kitabların, dəftərxana xərclərin baha qiymətlərinə toxunmuruq. Bütün bunların ardınca azərbaycanlı tələbələr ümid edirdilər ki, rəsmi Bakı onların maliyyələşməsini həyata keçirəcək. Bu məsələ Türkiyə tərəfinin də diqqətində idi, onlar da ümid edirdilər ki, yaxın günlərdə Azərbaycanın Müdafiə Nazirliyi baş vermiş anlaşılmazlığı yoluna qoyacaq.
Amma təəssüf ki, vəziyyət gözlənilməz olub. Verilən məlumata görə, Novruz bayramından az öncə Azərbaycan Müdafiə Nazirliyi həmin tələbələrin maliyyələşməyəcəyi barədə Türkiyə tərəfinə xəbər göndərib. Bundan sonra isə Azərbaycanlı hərbçilərin durumu daha da ağırlaşıb. Artıq Türkiyə tərəfi də Azərbaycan hərbçilərinin təhsilinə həvəssiz yanaşdığı barədə məlumatlar var.
Əldə etdiyimiz məlumatlara görə, yaxım günlərdə qeyd edilən məsələ Gülhanə Hərbi Tibb Akademiyasının Əsgəri Şurasının müzakirəsinə çıxarılacaq və Azərbaycanlı 26 tələbənin təhsillərinin davam etdirilməsi üçün Türkiyə büdcəsindən vəsaitin ayrılması mümkünlüyü müzakirə obyekti olacaq. Böyük ehtimalla, türkiyə tərəfi bu yöndə müsbət qərar qəbul edəcək. Müstəqil ekspertlərin hesablamalarına görə, burada təxminən 300 min manatlıq vəsaitdən söhbət gedir.
Bu günlərdə Bakıdan Türkiyəyə yola düşməyə hazırlaşan 24 tələbəyə gəlincə isə, Türkiyə tərəfinin onları qəbul etməkdən imtina etdiyi bildirilir.
Müdafiə Nazirliyi maliyyələşmədə problemlər olduğunu etiraf etsə də, ciddi narahatçılığa əsas görməyib və yerdə qalan 24 tələbənin də tezliklə Türkiyəyə göndəriləcəyini bildirib.
Namiq
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35