“Karantin rejiminə ciddi riayət edilməsi və preventiv tədbirlərin görülməsi nəticəsində nazirliyin çox minlik kollektivində bu günədək virusa yoluxma halı qeydə alınmayıb”.
Unikal.org-un verdiyi xəbərə görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, pandemiya dövründə nazirlik təhlükəli tibbi tullantıların utilizasiyasını həyata keçirib: “Müalicə profilaktika müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tibbi tullantılar təhlükəli tullantılardır.
Tullantılar xüsusi avtomaşınlarla daşınaraq müvafiq qurğularda termik üsulla 800-1200 dərəcə temperaturda zərərsizləşdirilərək məhv edilir.
Mart ayından bu günədək ümumilikdə 50 tibb müəssisəsi və müvəqqəti karantin üçün ayrılmış mehmanxalarda əmələ gəlmiş 2 200 kubmetrdən çox təhlükəli tibbi tullantı xüsusi qurğularda yandırılaraq zərərsizləşdirilib”.