Polietilen torbalardan istifadə ilə bağlı sənədlər sənədlər hazırdır. Dövlət qurumlarının müsbət rəyindən sonra qüvvəyə minəcək.
Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Nazir bildirib ki, sənədlərdəki tədbirlərin bütün müvafiq qurumlarla birlikdə tətbiqi cədvəli hazırlanıb:
"Sənəddə 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi,15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması öz əksini tapıb".