“Televiziyalardan birinin 3 əməkdaşı koronavirusa yoluxub”.
Unikal.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, onların ətrafında olan şəxslərdən də testlər götürülüb: “Sabaha həmin testlərin nəticəsi bəlli olacaq”.
Xatırladaq ki, ATV 1 əməkdaşının koronavirusa yoluxması, digərinin isə karantinə alınması ilə bağlı məlumat yaymışdı.