Türkiyənin Bingöl vilayətində baş vermiş güclü zəlzələ nəticəsinə iki kənddə 10 ev dağılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Bingöl valisi Kadir Ekinci bildirib.

Onun sözlərinə görə, əraziyə xilasetmə qüvvələri cəlb olunub. Dağıntılar altında qalan 9 nəfər xəsarət alıb, bir nəfər dünyasını dəyişib. Qarovulçu işləyən şəxsin meyiti dağıntı altından çıxarılarq ailəsinə təhvil verilib. Zəlzələ nəticəsində zərər görən sakinlər üçün bölgəyə 500 çadır göndərilib

Qeyd edək ki, bu gün Türkiyənin Bingöl vilayətində 5,7 bal gücündə zəlzələ olub.

20:02

xxx

Türkiyənin Bingöl şəhərinin Karlıova rayonunda yeraltı təkanlar qeydə alınıb.

Unikal.org  "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu gün 17:24 radələrində 5.7 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar yerin 5 km dərinliyində baş verib.

İlkin məlumata görə, Kaynarpınar kəndində iki gözətçi qülləsi, Elmalı və Dinarbey kəndlərində isə 10 ev çöküb. 3 mühafizəçi yaralanıb.