ABŞ-ın Corciya ştatında silahlı insident baş verib.

Unikal.org xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, Atlanta şəhərində naməlum şəxslər ətrafdakılara atəş açıblar. Nəticədə 2 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Bildirilir ki, hadisə şəhərdə polisin həddən artıq güc tətbiq etməsinə qarşı, afroamerikalıların hüquqlarının təmin olunması tələbi ilə keçirilən nümayiş zamanı baş verib. “Fox News”un məlumatına görə, atəş iki avtomobildən açılıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis atəş açan şəxslərin axtarışına başlayıb.