Bazar günü Mərakeş kralı VI Məhəmməd ürəyindən cərrahi əməliyyat olunub.

Unikal.org xəbər verir ki, bu barədə həkimlərin bəyanatına istinadən yerli MAP agentliyi bildirib.

Qeyd edilir ki, əməliyyat uğurla başa çatıb.

Agentliyin məlumatına görə, kral ürək ritminin pozulması ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Həkimlər qeyd edib ki, bu əməliyyat 2018-ci ilin 26 fevralında Parisdə keçirilmiş əvvəlki kimi əməliyyat kimi uğurla başa çatıb.

"Normal ürək ritmi bərpa edilib", - açıqlamada bildirilib.