"Rusiya Poçtları" Tu-204 təyyarəsi Moskvaətrafı Jukovski aeroportunda təcili eniş edib.

Unikal.org xəbər verir ki, bu barədə fövqəladə xidmətlərə istinadən TASS xəbər verib.

Məlumata görə, təyyarə Jukovskidən Yakutska doğru uçurmuş. Təyyarə səmaya qalxdıqdan sonra mühərriklərdən birində nasazlığın tənzimləyicisi işə düşüb. Ekipaj bununla əlaqədar olaraq aeroporta qayıtmağa qərar verib.

Bildirilir ki, təyyarə ştat rejimində enib.

Zərərçəkənlər barədə məlumat yoxdur.