Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

Unikal.org xəbər verir ki, ölkədə son sutka ərzində 8 246 nəfər virusa yoluxub, 143 nəfər isə həyatını itirib. Bu günə qədər Rusiyada 537 210 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 7 091 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 284 539 nəfər virusdan sağalıb, 245 580 nəfərin müalicəsi isə davam edir.