Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi başlayıb.

Unikal.org xəbər verir ki, iyunun 15-dən etibarən ölkədaxili turizm tam bərpa olunub. Bundan başqa, dəmir yolu ilə sərnişin daşımaları da işə düşüb.

İyunun 8-dən etibarən isə ölkədə restoran və kafelərin, hotellərin və valyutadəyişmə məntəqələrinin işi bərpa olunmuşdu. Qeyd edək ki, beynəlxalq turizmin iyulun 1-dən açılması gözlənilir. Gürcüstan Səhiyyə Nazirliyi ictimai iaşə müəssisələrinə və hotellərə müəyyən tövsiyələr verib.

Kafe və restoran maska taxmaq və iki metr məsafə saxlamaq zəruridir. Stol arxasında ən çox 6 nəfər otura bilər. Hotellərə gəldikdə isə, yalnız Səhiyyə Nazirliyinin yoxlamasından keçən hotellər fəaliyyətini bərpa edəcək.

Bu günədək Gürcüstanda 879 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb.