Hindistanda maddi sıxıntıları olan Gaurav Bansal adlı adam ailəsinin sığortadan pul ala bilməsi üçün özünü öldürtdürüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin paytaxtı Yeni Dehlidə baş verib. Belə ki, arvadı 10 iyun tarixində həyat yoldaşı Gaurav Bansalın itkin düşməsi ilə bağlı polisə müraciət edib.

Axtarışlar nəticəsində Gaurav Bansalın cəsədi tapılıb. Məlum olub ki, o, özünü evini kirayəyə verdiyi 4 nəfərə öldürtdürüb.

Qeyd edək ki, 35 yaşlı adamın xeyli borcu var imiş. O, öldükdən sonra sığortanın ailəsinə pul verəcəyini düşünüb.