Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı polislərin gözü qarşısında dava edib. O, yolda avtomobilindən düşərək, bir nəfərə yumruq zərbələri endirib. Bu zaman K.Zeynallı həmin şəxsə qarşı qeyri-etik ifadələr səsləndirib.
Unikal.org xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı "Xəzər” televiziyasında yayımlanan "5/5”də axşam şousunda qonaq olan K.Zeynallının müğənni həyat yoldaşı Gülay Zeynalova açıqlama verib. Sənətçi həyat yoldaşının yolda əlbəyaxa davasını belə nəql edib:
"Yolda gedəndə Kamilin sözü çəp gəlib. Amma indi hər şey qaydasındadır”.
Verilişin aparıcısı Zaur Kamalın "Siz evinizdə üzərlik yandırın” sözlərinə Gülay Zeynalova belə cavab verib:
"Bizim evdə hər gün tonqal qalanır. Üzərlik yandırmağı çatdırmırıq. Əsas odur ki, nəticə baxımından salamatlıqdır”.