Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah 21 iyun - 5 iyul tarixlərində ölkənin bir sıra şəhərlərində tətbiq edilən sərt karantin rejimi ilə bağlı brifinq keçirir.
Unikal.org-un verdiyi xəbərə görə, mətbuat konfransında “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev və TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva jurnalistlərin suallarını cavablandırır.