Bakı Baş Gömrük İdarəsində pandemiya dövründə virusdan qorunma, təhlükəsiz iş rejiminin təmin olunması ilə bağlı təlim keçirilib. Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəis müavini Yadulla Babaşov tərəfindən keçirilən təlimdə Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Unikal.org xəbər verir ki, gömrük əməkdaşlarına virusun yayılmasının qarşısının alınması, yoluxmadan qorunmanın yolları, qoruyucu vasitələrdən istifadə qaydaları barədə məlumat verilib. Eyni zamanda, pandemiya şərtlərinə uyğun şəkildə təhlükəsiz iş rejiminin qurulması, xarici fəaliyyət iştirakçıları ilə ünsiyyət zamanı sosial məsafənin qorunması qaydaları izah olunub.
Təlim çərçivəsində metodiki vəsait və məlumatlandırıcı broşürlər paylanılıb.