“Bir rayondan digər rayondakı hansısa tibb müəssisəsinə tibbi arayışla getmək mümkün olacaq”.
Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
K. Əliyev deyib ki, yollarda insanların hərarətinin ölçülməsi postlarda mümkündür: “Ancaq bu, daha çox həkimlər tərəfindən həyata keçirilsə, yaxşı olar”.
BDYPİ-nin şöbə rəisi qeyd edib ki, iyunun 18-də 200-ə yaxın şəxs tibbi arayışla Bakıya gəlib: “Ən çox Siyəzən rayonundan arayış verilir. Yaxşı olar ki, arayışı verən tibb müəssisəsinin adı da qeyd edilsin”.