Kəmaləddin Heydərov daşqından zərər çəkənlərlə görüşdü
03:28 31-03-2012
CƏMİYYƏT
Kəmaləddin Heydərov daşqından zərər çəkənlərlə görüşdü
Nazir daşqınların qarşısının alınması üçün proqram hazırlandığını dedi
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabadda Kür daşqınlarından zərər çəkmiş rayonların icra hakimiyyəti başçıları ilə keçirilmiş müşavirədən sonra rayonun Ulacalı kəndinə gəlib.
Nazir bildirib ki, prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Kür çayında baş vermiş daşqınlar nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün ayrılmış 300 milyon manat vəsaitdən 202 milyon manatı evlərin, sosial obyektlərin və infrastrukturun bərpasına sərf olunub. Bu prosesə ilk daşqınlar baş verəndən dərhal sonra başlanılıb: "Komissiya bu müddət ərzində fəaliyyət göstərib, orda Fövqəladə Hallar, Maliyyə, İqtisadi İnkişaf nazirliklərinin, yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə təhlillər aparılıb, daha hansı evlərə və sosial obyektlərə ziyan dəydiyi dəqiqləşdirilib. Komissiyanın hazırladığı rəy cənab prezidentə təqdim olunub, bunun əsasında da cənab prezident qalan məsələləri həll etmək üçün dünən sərəncam imzalayıb və müvafiq tapşırıqlar verib. Zərər çəkmiş digər fərdi evlərin, infrastruktur və sosial obyektlərin yenidən tikilməsi və təmiri də məhz bu sərəncamda əksini tapır".
K. Heydərov bildirib ki, bugünkü müşavirədə Kür ətrafı rayonların icra başçıları ilə sərəncamın icrası ilə bağlı məsələlər müzakirə olunub: " Müşavirədə təmirə və tikintiyə ehtiyacı olan obyektlərin, yaşayış evlərinin siyahısının operativ şəkildə hazırlanaraq, FHN-ə təqdim olunmasının zəruriliyi vurğulandı" .
Kür və Araz çaylarında gələcəkdə baş verə biləcək daşqınların qarşısının alınması məqsədi ilə görüləcək kompleks tədbirlər planına toxunan nazir bunun mühüm məsələ olduğunu deyib: "2010-cu ildə baş verən daşqınlardan sonra xaricdən çoxlu ekspert dəvət olundu. Biz Hollandiyadan da bu məsələlər üzrə ixtisaslaşmış məşhur şirkətlərin ekspertlərini dəvət etdik. Onlar Kürün məcrası boyu təhlil apardılar. Bu təhlillər nəticəsində yekun sənədlər hazırlanıb. İndi bu sənədlər əsasında proqram hazırlanır".
K. Heydərov deyib ki, bu proqramda Kür və Araz çayları boyunca təhlükəsizliyin təmin olunması, çaylardan səmərəli istifadə edilməsi əksini tapacaq: "Bütün dünyada qlobal iqlim dəyişikliyi baş verir və heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. İki il əvvəl baş vermiş təbii fəlakətin nə zamansa yenidən təkrarlanması mümkündü. Ona görə də hər iki çay boyu su anbarlarının və hövzələrinin təhlükəsizliyi təmin edilməlidir".
Digər Xəbərlər
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54