Musa Urud siyasətçi və yazarlara müraciət etdi: "Etikalı olun!"
12:43 01-12-2012
CƏMİYYƏT
Musa Urud siyasətçi və yazarlara müraciət etdi: "Etikalı olun!"
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili, Musa Quliyev (şair Musa Urud) siyasətçi və köşə yazarlarına səslənib:
"Son vaxtlar siyasətçilər və bəzi köşə yazarları öz müsahibələrində və yazılarında siyasi mədəniyyətə uygun olmayan söz və ifadələr işlədir, bir-birlərini aşağılayan fikirlər səsləndirir, təhqir etməkdən cəkinmirlər.
Siyasi mədəniyyət insanın ümumi mədəniyyətinin tərkib hissəsidir. Əgər biz öz davranışlarımızda siyasi mədəniyyətimizə fikir vermiriksə, biz daxili mədəniyyətimizi, ümumi mədəniyyətimizi aşağılamış oluruq.
Siyasətçilər, ictimai xadimlər millətin gözünün qabağında olan insanlardır. Onların davranışı, onların sözləri, hərəkətləri çox zaman xalq tərəfindən nümunə kimi qarşılanır. Bu mənada mən çox təəssüf edirəm ki, son vaxtlar siyasi leksikonumuz xeyli çirklənib. Siyasi leksikonumuzda etikadan kənar və heç də özümüzə rəva bilmədiyimiz sözləri çox rahatçılıqla başqalarına rəva görürük. Söyüş, təhqir əslində onu ifadə edən insanın şəxsiyyətinin, intellektual səviyyəsinin, mədəniyyətinin göstəricilərindən biridir, opponentindən dəha çox onun özünə aid fikirdir. Mən böyük fransız mütəfəkkiri Russonun bir fikrini xatırltamaq istəyirəm: "Təhqir haqlı olmayanların arqumentidir". Bu mənada mən çox arzu edərdim ki, bizim siyasətçilərimiz köşə yazarlarımız, mətbuatda çalışanlarımız yazılarında, müsahibələrində bir az diqqətli olsunlar, siyasi etikaya fikir versinlər".
Musa Urud heç kimin adını çəkmək istəməsə də, bildirib ki, bu təhqirlər əsasən müxalifət mətbuatından gəlir və iqtidar tərəfi də bunları cavabsız qoymur: "Bu bütövlükdə Azərbaycanın siyasi palitrasının etik mənzərəsini korlayır, siyasi fəaliyyətdə olan insanların adına xələl gətirir. Mən bir daha təkrar edirəm. Kiminsə adını çəkmək istəmirəm, amma Milli Məclisi, YAP-çıları, iqtidarda olan adamları təhqir etmək, etikadan kənar sözlər demək, o sözü deyənlərin özlərinə də şərəf gətirmir".
Milli Məclisin üzvi çağırış edib: "Bütün bizim siyasətçilərimizə, KİV-də çalışan insanlara səslənərək bildirirəm ki, leksikonlarında etikadan kənar sözlər işlətməsinlər. Təhqirə yol verən zaman, əvvəl o yazdıqlarını özlərinə aid etsinlər, görsünlər ki, onlar bunu qəbul edirmi? Daha sonra bunu başqalarına şamil eləsinlər. Heç kim tək deyil axı. Hər kəsin ailə üzvləri, övladları, bəzilərinin nəvələri var, gənc adamların isə ata-anaları. O təhqirlər də onların ailələrinə yönəlirsə və şəxslərinə yönəlirsə, bu cəmiyyətdə harmoniyanın yaranmasına, ictimai sabitliyin davamlı olmağına xələl gətirən amildir. Bilərəkdən və məqsədli şəkildə bu yolu tutanlar isə bütövlükdə cəmiyyətə hörmətsizlik göstərdiklərinin və milli dəyərlərimizə xəyanət etdiklərinin fərqində olmalıdırlar. Təhqir nə istedadın, nə də cəsarətin göstəricisi deyildir".
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27