Rusiyanın müxtəlif şəhərlərində meyvə-tərəvəz ticarəti ilə məşğul olan azərbaycanlı sahibkarlar maraqlı yola əl atıblar.
Unikal.org-un məlumatına görə, azərbaycanlılar həmrəylik nümayiş etdirərək Ermənistandan həmin ölkəyə gətirilən meyvələri almaqdan imtina ediblər.
Meyvə bazaları və bazarları olan azərbaycanlıların bu təşəbbüsünə çeçenlər, Dağıstan xalqları, özbək və taciklər də qoşulublar.
Bu aksiyaya xüsusilə Moskva, Sankt-Peterburq və digər iri şəhərlərdə də geniş vüsət alıb.
Kampaniyanı həyata keçirənlər bu addımları ilə Ermənistandan Rusiyaya gətirilən əsasən də əriyin alınmasından imtina ediblər. Məhsulları əllərində qalan ermənilər əlacsız vəziyyətdə qalıblar, meyvələr çürüyüb və onlara külli miqdarda ziyan dəyib.
Elvin Rüstəmov